Xəbər lenti

Neft 70 dollara qalxacaq - Proqnoz
Ölkə15:00 09.03.2016

Neft 70 dollara qalxacaq - Proqnoz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əgər neft istehsal edən ölkələr görüşüb razılığa gələrlərsə, neftin qiyməti 20-30 dollar bahalaşacaq.

Axar.az xəbər verir ki, bunu Küveytin OPEK-dəki nümayəndəsi Məhəmməd Şatti deyib.

“Bir neçə variant, o cümlədən mənfi ssenarilər var. Hər şey oyunçuların nə deyəcəyindən asılıdır. Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuelanın görüşündən sonra qiymətlər 10 dollar bahalaşdı. Neft hasil edən ölkələr çox ciddidir və yəqin ki, istehsalı azaldacaqlar. Bununla qiymətlər 20-30 dollar bahalaşacaq”, - Şatti söyləyib.

Qeyd edək ki, neft istehsal edən ölkələr arasında görüşün martın 20-dən aprelin 1-dək Rusiyada keçirilməsi gözlənilir. 

Qaynar.info