Xəbər lenti

Neft daşlarında dalğanın hündürlüyü 2,4 metrə çatıb
Ölkə12:58 16.07.2023

Neft daşlarında dalğanın hündürlüyü 2,4 metrə çatıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 16:00-a olan məlumatına əsasən proses Şəki, Qax, Oğuz, Quba, Xaltan, Qrız, Şahdağ, Biləsuvar, Daşkəsən, Yardımlı, Lerik, Lənkəranda müşahidə olunub, şimşək çaxıb, arabir yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb.
Şimal-qərb küləyi Neftçalada arabir 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 18 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Prosesin axşama doğru əksər rayonlarda davam edəcəyi gözlənilir, yağıntıların intensivləşəcəyi ehtimalı var.