Xəbər lenti

Neft daşlarında qəza: Ölən var
Ölkə09:37 17.03.2014

Neft daşlarında qəza: Ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Neft daşlarında bədbəxt hadisə baş verib.

Qaynar.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 15-də saat 15 radələrində “Neft Daşlarında” yerləşən Neft-Qaz Tikinti Trestinin estakadasında nasaz konstruksiyaların sökülməsi ilə məşğul olan dörd nəfər estakadanın uçması nəticəsində dənizə düşüb.

Onların Mənsim İmanov, Mais Süleymanov, Səfədur Zəkəryayev və Musa Hacıyev olduğu açıqlanıb.  M.Hacıyev boğulub, digərləri xilas ediliblər.

Qaynar.info