
Həsənov Fərid aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib
"İlqar-NNT" MMC-nin əməkdaşı "Dübəndi" Neftaşırma sahəsində dünyasını dəyişib.
Qaynar.info-nun ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 19-da, saat 11 radələrində "İlqar-NNT" MMC-nin əməkdaşı Həsənov Fərid Eldar oğlu RVS-5000 tipli 5 nömrəli çənin içərisində qum şırnağı ilə təmizləmə işləri aparan zaman ayaqaltı aşıb və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Mərhum ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin "Dübəndi" Neftaşırma sahəsindəki 13B neft çənləri parkında podrat müqaviləsi əsasında şirkətdə çalışırdı.
Hazırda hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır.
Araşdırmanın nəticəsi haqqında məlumat veriləcək.
Qaynar.info