"Neftin dünya bazar qiyməti yenidən azalmaqdadır. "Qara qızıl” hələ də
əvvəlki illər ilə müqayisədə baha təklif olunsa da, birjalarda volatillik yüksəlib”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar
Bayramov deyib. Onun sözlərinə görə, iyun ayında Brent markalı neftin hər
barelində 8 dollar azalma qeydə alınıb:
"Ötən ayın ilk günündə hər bareli 116 dollara təklif edilən neft 108
dollaradək ucuzlaşıb. Neftin dünya bazar qiymətindəki son azalmalar dünya
iqtisadiyyatında böhran riskinin güclənməsi ilə bağlıdır. Rusiya-Ukrayna
müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1
faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara
yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu
göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı
ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə
olunmaqdadır”.
Deputat deyir ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda
siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar
istisna edilmir:
"Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq
edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru
formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı
minimumlaşdırmaqdır”.
Bahar Rüstəmli
Şərhlər