Xəbər lenti

Neftçalada 64 yaşlı kişi Kürdə batdı
Ölkə15:24 09.05.2020

Neftçalada 64 yaşlı kişi Kürdə batdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, B. Ağayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Neftçalada rayonundan bir nəfər çayda batıb.
Bu barədə Qaynarinfo-ya FHN-dən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112” qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.