Xəbər lenti

Neftçalada dənizdə 3 nəfər boğuldu
Ölkə16:35 05.07.2021

Neftçalada dənizdə 3 nəfər boğuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neftçalada dənizdə 3 nəfər boğulub.
"Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb. Onlardan ikisinin nəşi çıxarılaraq məhkəmə-tibbi ekspertizaya göndərilib, meyitlərin şəxsiyyətləri müəyyənləşdirilir.
Hadisə yerinə cəlb olunan FHN-nin xilasediciləri digər 1 nəfərin tapılması istiqamətində axtarışları davam etdirirlər.
Faktla bağlı araşdırma aparılır.