Xəbər lenti

Neftçalada evdən iki qadın meyiti tapıldı
Ölkə18:30 15.11.2016

Neftçalada evdən iki qadın meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Neftçalada 65 və 62 yaşlı bacıların meyitləri yaşadıqları evdə aşkar olunub.

Qaynarinfo.Az-ın APA-ya istinadən məlumatına görə, saat 17.00 radələrində Neftçalanın  Qoltuq kəndində evdə yaşayan iki bacı, 1951-ci il təvəllüdlü Gülbəxt Adgül qızının və 1954-cü ildə anadan olmuş Balacaxanım Adgül qızının meyitləri Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunub.

Meyitlərin vizual müayinəsi zamanı onların üzərində zorakılıq əlaməti aşkar olunmayıb.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qaynarinfo.Az