
Rayon sakinləri icra başçısından şikayət edirlər
Xəzər dənizinin sahilində yerləşən, kasıb və baxımsız olan Neftçala rayonunda vəziyyət günü-gündən ağırlaşmaqdadır. İcra başçısı İsmayıl Vəliyev və onunla birgə işləyən rayonun maliyyə idarəsinin rəisi Rəşid Manafov hələ də öz ampusında, öz keflindədir. Dövlət büdcəsindən ayrılan vəsait isə harasa buxarlanır. Rayonda olan başqa bir məmurun – daha doğrusu, polis rəisi Rza Hacıyevin isə başı nəzarətində olan balıq vətəgəsini qorumağa qarışıb.
Qeyd edək ki, yuxarıda adları çəkilən məmurların hər birinin rayonda balıq vətəgəsi var və onlar bu biznesdən külli miqdarda pul qazanırlar.
Bizimxeber.az-a daxil olan məlumata görə, bir neçə gündür ki, rayonun güc strukturlarının işi polis rəisi Rza Hacıyevin balıq vətəgəsindən oğurlanan 3-5 balığın axtarışına qarışıb. Oğuruların tapılması üçün rayonda əməlli başlı əməliyyat keçirən Rza Haçıyevin adamları kimi gəldi şubhəli şəxs kimi saxlayır, onu bölməyə apararaq hədələyir. Bildirilir ki, bu günə kimi onlarla kənd sakini bölməyə aparılıb və təzyiqlə üzləşib. Amma “ogru” tapılmır.
Məlumat üçün bildirək ki, Rza Hacıyevin, İsmayıl Vəliyevin və Rəşid Manafovun ərsəyə gətirdiyi bu balıq vətəgələri əvəllər kənd sakinlərinin heyvanlarına məxsus otlaq sahəsi olub. Amma onlar üçün kənd sakinləri yox, pul qazanmaq daha maraqlıdır. Kimsə onlara “gözün üstə qaşın var” deyə bilməz. Çünki onlar rayonun "ağa"larıdır./bizimxeber.az/