Xəbər lenti

Neftçalada su hovuzunda partlayış olub, ölən var
Ölkə11:26 27.04.2019

Neftçalada su hovuzunda partlayış olub, ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neftçala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsindəki su hovuzunda partlayış baş verib. 
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cangan kəndində qeydə alınıb. 
Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Vasif Məzahim oğlu Nəcəfov həyətdəki hovuza su nasosu (elektrik) ilə su vururmuş. Bu zaman təzyiqə dözməyən su hovuzunda partlayış baş verib. Nəticədə ev sahibi mişar daşları altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.