Xəbər lenti

Neftçalada vəziyyət pisləşdi - Aksiya hazırlığı
Ölkə11:17 17.04.2015

Neftçalada vəziyyət pisləşdi - Aksiya hazırlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sakinlərin icra başçısı İsmayıl Vəliyevi işində dönüş yaratmasa rayondan qovacağı xəbərləri yayılıb 

Neftçala rayonunda əhali ilə İcra Hakimiyyəti arasındakı narazılıq pik həddə çatıb. 

Qaynar.info xəbər verir ki, bu barədə JAM.AZ-a rayondan məlumat verilib. 

Qeyd edilir ki, icra başçısı İsmayıl Vəliyev bütün gəlirli sahələri ələ keçirib. Və Neftçalada yeni gəlir sahələrini də nəzarət altına almağa başlayıb. Bu səbəbdən dözülməz durumun yarandığını bildirən sakinlər artıq belə yaşamağın mümkün olmadığını dilə gtirməyə başlayıblar. 

Məlumata görə, Neftçala camaatı yaxın günlərdə İcra Hakimiyyətinin qarşısında toplaşaraq, icra başçısından dönüş yaratmasını tələb etməyə hazırlaşırlar. Əgər tələbləri yerinə yetirilməsə, o zaman davamlı aksiyalar keçirəcəklər. Ki, bunun da İsmayıl Vəliyevin vəzifəsindən çıxarılmasına kimi davam etdiriləcəyi qeyd olunur. 

Qaynar.info