Neftçala rayonunda yanğın baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, 4 ünvanında qeydə alınıb.
Yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib. Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq çətinləşib.
Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb. Təcili yardımın 4 briqadası hadisə yerindədir. Hadisədə qorxu keçirən sakinlərə yerindəcə ambulator yardım göstərilib.