Xəbər lenti

Neftçalalılar susuz qaldı - ŞİKAYƏT
Ölkə07:12 14.07.2014

Neftçalalılar susuz qaldı - ŞİKAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Neftçala rayonunun 3 kəndi 10 gündür ki su üzünə həsrət qalıb.

Bu barədə Qaynar.info-ya sakinlər məlumat veriblər. 

Onlar bildiriblər ki, təxminən 10 gün əvvəl  rayonunun Qardaşbəyli kəndindəki Neftçala suvarma sistemləri idarəsinin balansında olan elektrik transformatorunun sıradan çıxması ilə rayonunun Qardaşbəyli, Beşdəli və  Şorkənd kənd sakinləri suvarmada və məişətdə sudan isifadə edə bilmirlər. 

Əsasən kənd təsərrüfatı ilə məşğul olan kəndlilər sahələrdə və həyətyanı torpaq sahələrində becərdikləri  xiyar, pomidor, yonca və pambıq kimi bitkilərin artıq məhv olmaq ərəfəsində olduğunu bildirirlər. 

Yerli sakinlər dəfələrlə suvarma sistemləri idarəsinə müraciət etsələr də, oradan bildirilib ki, elektrikdən istifadəyə görə qurum Neftçala elektrikşəbəkəyə ayda 4 min manat pul ödəyir. Elə buna görə də sıradan çıxmış transformatoru onlar təmir etməlidir. Lakin dəfələrlər saysız hesabsız müraciətlərə baxmayaraq Neftçala elektrikşəbəkə də sakinlərin müraciətin cavabsız qoyub.

Qaynar.info