Xəbər lenti

"Neftçi" antirekorda doğru gedir
İdman07:02 22.11.2021

"Neftçi" antirekorda doğru gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” Premyer Liqada ardıcıl üçüncü məğlubiyyətini alıb.
 
Qaynarinfo PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu IX turda "Qarabağ”a 0:4, X turda "Keşlə”yə 2:3, XI turda "Sabah”a 1:2 hesabı ilə uduzub.
Paytaxt təmsilçisi ölkə çempionatları tarixində 10-cu dəfə ardıcıl üç və ya daha artıq görüşdə xalsız qalıb. Sonuncu belə seriya 2017-ci ilin sentyabrında qeyd alınıb. "Ağ-qaralar” 2017/18 mövsümündə "Sumqayıt”a 0:1, "Zirə” və "Qəbələ”yə eyni – 1:2 hesabı ilə yenilib.
İlk belə seriyası 2009-cu ildə gerçəkləşən "Neftçi”nin antirekordu 5 məğlubiyyətdən ibarətdir.
Səbuhi Həsənov