UEFA Avropa Liqasında mübarizəni davam etdirən "Neftçi” bu gün növbəti matçına çıxacaq.
Qaynarinfo xəbər verir ki, flaqman turnirin üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün Finlandiyanın HİK klubu ilə qarşılaşacaq.
"Neftçi"nin heyətində zədəli Namiq Ələsgərov və cəzalı Mert Çelik meydana çıxa bilməyəcək.
Komandalar arasında cavab qarşılaşaması avqustun 12-də Helsinkidə olacaq. Bu cütün qalibi pley-offda Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gələcək. Məğlub tərəf isə Konfrans Liqasının pley-offunda "Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibinə rəqib olacaq.
Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma "Bakcell Arenada" saat 21:00-da start götürəcək və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək:
21.00. "Neftçi” – HİK (Finlandiya)
Hakimlər: Villiam Kollum, David MkGeachie, Sean Carr, Euan Anderson (Şotlandiya)
3 avqust. "Bakcell Arena".
Səbuhi Həsənov