"Neftçi" və "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki cavab oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, "flaqman"ın İsraildə Hayfa "Makkabi"sinə qarşı keçirəcəyi matç Şimali Makedoniyadan olan hakimlər briqasasına tapşırılıb. Görüşün baş hakimi Aleksandr Stavrev olacaq. Ona yan xətt hakimləri Deyan Kostadinov və Qoçe Peterski kömək edəcək. Dördüncü hakim funksiyasını isə Deyan Yakimovski yerinə yetirəcək.
"Qarabağ"ın Şotlandiya "Aberdin"i ilə səfər görüşünə isə avstriyalı hakimlər briqadası təyinat alıb. Matçı Harald Lexner idarə edəcək. Yan xətt hakimləri Andreas Haydenrayx və Maksimilian Kolbiç olacaq. Qarşılaşmaya 4-cü hakim kimi Culian Vaynberger təyinat alıb.
Azərbaycan təmsilçiləri cavab oyunlarına avqustun 26-da çıxacaq. İlk matçlar isə ayın 19-da baş tutacaq.
Səbuhi Həsənov