Xəbər lenti

"Neftçi" yeni transferini açıqladı (VİDEO)
Ölkə13:37 02.02.2019

"Neftçi" yeni transferini açıqladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” yeni hücumçu transfer edib. 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı hücumçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlanıb. 31 yaşlı forvard yeni komandasının heyətində 16 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, sonuncu klubu Novara (2016-2019) olan Sansone İtaliyanın "Montorio” (2005-2006), "Peşina” (2006-2008), "Syena” (2008-2010), "Qallipoli” (2009), "Lançano” (2009-2010), "Frosinone” (2010-2011), "Sassuolo” (2011-2012), "Torino” (2012-2013), "Sampdoriya” (2013-2016), "Bolonya” (2015), "Bari” (2015-2016) klubarında da çıxış edib.