Xəbər lenti

"Neftçi"dən inamlı qələbə
İdman15:28 19.02.2022

"Neftçi"dən inamlı qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində daha bir matç baş tutub.
Qaynarinfo xəbər verir ki, günün son qarşılaşmasında "Neftçi" "Keşlə" ilə üz-üzə gəlib. "Bakcell Arena"da baş tutan görüşdə "Neftçi" 3:1 hesablı qələbə qazanıb.
Flaqmanın heyətində Sezar Meza Kolli (21), Voyislav Stankoviç (26) və Ramin Nəsirli (44) fərqlənib. "Keşlə"nin yeganə qolunu isə Felipe Santos 90+3-cü dəqiqədə rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 25-ə yüksəldən flaqman 3-cü pilləyə yüksəlib. "Neftçi" ilə eyni xalı olan "Zirə" isə sabah meydana çıxacaq. Qəsəbə təmsilçisi "Sabah"ı qəbul edəcək.
16-cı turda baş tutmalı olan "Qarabağ" - "Sumqayıt" görüşü isə təxirə salınıb.
Səbuhi Həsənov