Xəbər lenti

Neftlə bağlı xoş xəbər: bundan sonra bahalaşacaq - ŞƏRH
Ölkə08:08 06.12.2016

Neftlə bağlı xoş xəbər: bundan sonra bahalaşacaq - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"OPEC-in toplantısında qərar qəbul edilsə, qiymət daha da yüksək olacaq".

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında iqtisadçı ekspert İlham Şaban son günlər dünya birjalarında neftin qiymətinin artmasına münasibət bildirərkən deyib.

İlham Şabanın sözlərinə görə, neftin qiymətinin bahalaşması üçün hazırda heç bir siyasi motiv yoxdur: "Sadəcə OPEC və qeyri OPEC ölkələrinin toplantısı olacaq. Burda kvotanın 600 min barel azaldılması məsələsinə baxılacaq. Bu da bazar üçün çox önəmlidir. Dünən birjalarda neft 2015-ci ilin iyul ayından  sonra ilk dəfə 55 dolları keçdi. Müsbət bəyanatlar səsləndikcə, qiymət artımı müşahidə olunacaq. Ayın 10-da baş tutacaq OPEC-in toplantısında qərar qəbul edilsə, qiymət daha da yüksək olacaq. İndiki halda qiymət artımı normaldır".  

Ekspert qeyd edib ki, bundan sonra yanvar ayını gözləmək lazım gələcək: "Çünki yanvarda praktik tətbiqlər başlayacaq. Bu praktik tətbiqlərin nəticələri də qiymətdə özünü büruzə verəcək. Hazırda gedişat neftin bundan sonra kəskin düşməyəcəyini göstərir. Qiymət artımına ümidlər var".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az