
Bodrumda Səhhətində yaranan ciddi narahatlıq səbəbi ilə xəstəxanaya yerləşdirilən türkiyəli aktyor Nejat İşlərdən xoş xəbər var.
Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aparata bağlı olaraq yaşamaq üçün mübarizə aparan aktyorun yaxın dostu Dost Elver müalicənin müsbət təsir göstərdiyini bildirib:
“Böyrəyləri işləmirdi, buna görə də bədənində olan çirkli qanın təmizlənməsi prosesi dayanmışdı. Gecə saatlarında böyrəyinin prosesi yüksəldi, qan dövranı qaydasına düşüb. O, xəstəliklə mübarizə apararaq inadçı halını nümayiş etdirir. İndi səhhəti əvvəlkindən yaxşıdır. Onun üçün dua edin”.Qaynar.info