Xəbər lenti

Nelson Mandela Bakıda da yad edildi
Ölkə 15:58 13.12.2013

Nelson Mandela Bakıda da yad edildi

BMT-nin Azərbaycandakı nümayəndəliyi Cənubi Afrika Respublikasının lideri N.Mandelanın vəfatını anmaq üçün BMT bayrağını endirib

Bakıda Cənubi Afrika Respublikasının (CAR) lideri Nelson Mandelanın xatirəsi yad edilib.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən Trend-ə verilən məlumata görə, BMT-nin Azərbaycandakı nümayəndəliyi Cənubi Afrika Respublikasının lideri N.Mandelanın vəfatını anmaq üçün BMT bayrağını endirib.

Qeyd edək ki, CAR-ın sabiq prezidenti və Nobel sülh mükafatı laureatı, 95 yaşlı N.Mandela uzun sürən xəstəlikdən sonra dekabrın 5-də Yohannesburqdakı evində vəfat edib.

Xatırladaq ki, N.Mandela 1918-ci ildə CAR-da dünyaya gəlib. Mandela Afrika Milli Konqresinin (AMK) Gənclər Liqasının üzvü olub və irqi ayrı-seçkiliklə mübarizə aparıb. 1966-cı ildə həbs olunub və ömürlük məhkum edilib. 1993-cü ildə Nobel sülh mükafatına layiq görülüb. 1994-cü ildə CAR-ın ilk qaradərili prezidenti seçilib

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->