Xəbər lenti

Nemət Pənahlının anası vəfat etdi
Ölkə05:11 10.04.2013

Nemət Pənahlının anası vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Media forum” saytı xəbər verir ki, məhbus siyasətçi Nemət Pənahlının anası Sara Pənahlı aprelin 10-da vəfat edib. Sara Pənahlı ağır xəstəlikdən əziyyət çəkirdi.

Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olarkən Nemət Pənahlı atasını da itirib. Əhəd Pənahlı 2012-ci il yanvarın 13-də vəfat edib.
Allah rəhmət eləsin!

Qaynar.info