Xəbər lenti

Nemət Pənahlıya uzunmüddətli görüş verilib
Ölkə11:28 23.07.2014

Nemət Pənahlıya uzunmüddətli görüş verilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə uzunmüddətli görüş verilib.

Həyat yoldaşı Həcər Pənahlı iyulun 23-də “Media forum” saytına deyib ki, görüş iyulun 24-dən 27-dək davam edəcək: “Qobustan həbsxanasının rəisi dəyişib. Bilmirəm girişimiz-çıxışımız necə olacaq, amma inşallah, problem yaranmaz”.

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

51 yaşlı Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.

Qaynar.info