Xəbər lenti

Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu
Ölkə 17:17 25.06.2026

Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu

Bakıda nənəsinin evindən xalasının pullarını oğurlayan şəxsə cəza verilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1998-ci ildə Bakı şəhərində anadan olmuş Ə.İ. barəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə açılan cinayət işinə açıq məhkəmə iclasında baxılıb. 

Məlum olub ki, 2026-cı ilin fevral ayında əvvəllərində Ə.İ. Xətai rayonunda nənəsi Əminənin evinə gedib. O, nənəsi ilə eyni evdə yaşayan 1-ci qrup əlil olan xalası Güllərin 8000 min manat pulunu oğurlayıb. 

O, oğurladığı pulla Xəzər rayonu, Şüvəlan qəsəbəsində günü 250 manat olan həyət evini kirayəyə götürüb və qalanını əyləncəyə xərcləyib. Məhkəmədə əməlindən peşman olduğunu, dəymiş ziyanı tamamilə ödədiyini və zərərçəkmiş şəxs olan xalası ilə barışdığını bildirib. 

Məhkəmənin hökmü ilə Ə.İ. şübhəli şəxs qismində saxlanıldığı 2 gün çıxılmaqla, 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub. 

Aydın
--> -->