Xəbər lenti

Nepala yardım göndərdik -FOTO
Ölkə09:34 29.04.2015

Nepala yardım göndərdik -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Nepala humanitar yardım göndərib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 29-da Azərbaycan hökuməti adından nazirlik Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. 

Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir. 

Ölkə prezidentinin göstərişinə uyğun olaraq, həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyə edilərək Vətənə çatdırılması həyata keçiriləcək.

Qaynar.info