Xəbər lenti

Nəqliyyat müfəttişi taksini səkiyə çırpdı - FOTO
Ölkə07:47 16.03.2014

Nəqliyyat müfəttişi taksini səkiyə çırpdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda Nəqliyyat Nazirliyinin müfəttişi ilə taksi sürücüsü arasında baş verən münaqişə qəza ilə nəticələnib.

Qaynar.info APA TV-yə istinadən xəbər verir ki, Tbilisi prospektində müştəri qismində "90 NZ 109" dövlət nömrə nişanlı taksiyə əyləşən nəqliyyat müfəttişi bir qədər sonra sürücü ilə mübahisə edərək ondan avtomobili saxlamasını tələb edib. 

Sürücü maşını saxlamayınca müfəttiş əli ilə sükanı sağa çevirib. Yoldan çıxan avtomobil piyada səkisinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib. Qəzanın səbəbkarı olan nəqliyyat müfəttişi hadisə yerindən qaçmaq istəyərkən digər taksi sürücüləri tərəfindən tutulub.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları müfəttişi saxlayaraq polis bölməsinə aparıblar.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Yasamal Rayon  Şöbəsində araşdırma aparılır. 

Qaynar.info