Xəbər lenti

Nəqliyyat müfəttişlərinin əlindən özünü yandırdı - FOTOLAR
Ölkə14:25 28.01.2015

Nəqliyyat müfəttişlərinin əlindən özünü yandırdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda taksi sürücüsü üzərinə benzin tökərək özünü yandırıb. 

Qaynar.info “Report”a istinadən xəbər verir ki, hadisə Bakının 20 Yanvar dairəsində baş verib. 

Belə ki, o, nəqliyyat departamentinin əməkdaşları ilə mübahisə edib. O, əsəbləşərək üzərinə benzin tökərək özünü yandırıb.

Taksi sürücüsü xəstəxanaya çatdırılıb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd edək ki, bu, nəqliyyat müfəttişləri ilə sürücülər arasında baş verən sonuncu münaqişə deyil. Dəfələrlə departament əməkdaşları ilə sürücülər arasında belə qarşıdurmalar olsa da, onlarla bağlı heç bir cəza tədbiri görülməyib.

Qaynar.info