Xəbər lenti

Nəqliyyat Nazirliyindən kart sisteminin tətbiqi ilə bağlı AÇIQLAMA
Ölkə08:27 06.12.2013

Nəqliyyat Nazirliyindən kart sisteminin tətbiqi ilə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Nəqliyyatda  kart sisteminin tətbiqi gələn ildən artıq 1000 avtobusda mümkün olacaq. Ümumilikdə bu proses 2014-cü ilin sonunadək yekunlaşdırılacaq".

Bu sözləri Movqe.az-a Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov nəqliyyatda kart sisteminin tətbiqinin yubanmasını şərh edərkən bildirib: "Avtobuslarda kart sisteminin yubandığı ilə bağlı məlumatlar yayılır. Əslində proqrama əsasən bu iş 2014-cü ilədək yekunlaşmalıdır. Artıq hazırlıq işləri demək olar ki, görülüb. Bu il avtobuslara vladiatorlar quraşdırılıb, ümumilikdə 1000 ədəd avtobus kart sistemi ilə işləmək üçün hazır vəziyyətə gətirilib. Hazırda milyonlarla yükləmə kartlarının istehsalına başlanılıb. Gələn ilin əvvəlindən başlayaraq dayanacaq və köşklərdə kart yükləyici aparatların da quraşdırılması prosesi davam etdiriləcək. Demək olar ki, bu işlər elə sürətlə aparılacaq ki, artıq hər birimiz görəcəyik ki, gələn ilin sonunadək sərnişinlər avtobuslarda gediş haqlarını kartla ödəyəcəklər. Bu iş gecikmir. Proses proqrama əsasən davam etdirilir".

Qaynar.info