Xəbər lenti

Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti ləğv edildi - FƏRMAN
Ölkə14:07 06.04.2016

Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti ləğv edildi - FƏRMAN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Nəqliyyat Nazirliyinin daha bir funksiyası ləğv edilib.

Bu, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb. 

Əsasnaməyə əsasən Nəqliyyat Nazirliyinin funksiyaları sırasına avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə icbari qaydada sığortalanmasına nəzarət etmək daxil olub. 

Fərmana əsasən, Nəqliyyat Nazirliyinin bu funksiyası ləğv edilib. 

Qaynar.info