Gəncə şəhəri, Kəpəz rayonunda Nəqliyyat Nazirliyinə məxsus “Sevinc” yay istirahət düşərgəsinin ərazisində yanğın hadisəsi baş verib.
Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı fin tipli evin zirzəmisinin döşəməsi 28 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Qeyd edək ki, yay istirahət düşərgəsi hal-hazırda fəaliyyət göstərmir. Qaynar.info