"Azərbaycanda, o cümlədən Bakı şəhərində nəqliyyat sisteminə yenidən baxmağa ehtiyac var”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Çəfərli Bakıda nəqliyyat vasitələrində gedişhaqqının artırılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Onun fikirincə, həm vahid kart sistemi hər yerdə tətbiq olunmalıdır, həm də dövlət və özəl sektor münasibətlərinə yenidən baxılmalıdır:
"Bakıda çalışan avtobusların böyük əksəriyyəti dövlət hesabına alınır. Onların qiymətləri bilet qiymətlərində öz əksini tapmır. Çünki büdcədən ayrılan vəsait hesabına alınır. Özəl sektorda bir az fərqlidir. Amma özəl sektorda dövlətlə müəssisələr arasında münasibətlər, ümumiyyətlə, qiymət taariflərinin müəyyənləşməsi, maya dəyərinin hesablanması ilə bağlı şəffaf bir araşdırmaya ehtiyac var ki, bir şərnişinin daşınması neçiyə başa gəlir? Bu gün nə dövlət, nə də özəl şirkətlər normal bir hesabatlılıq tədqim etməyiblər”.
Ekspert deyir ki, bu gün hamı qiymət artımından danışır:
"Amma xidmətin keyfiyyətindən və insanlar tərəfindən məmnuniyyətliyinin artırlması ilə bağlı danışan yoxdur. Ona görə də əvvəl bir sərnişinin daşınma xərcləri hesablanmalı və bundan sonra ictimaiyyətə açıqlanmalıdır. Dövlətin maliyyələşdirdiyi nəqliyyat sistemindəki maya dəyəri ilə özəl sektordakı maya dəyəri arasında fərq var. Bunlar da araşdırılmalıdır. Bundan sonra vahid taariflərin müəyyənləşməsi mümkün olar. Çıxış yolu tək qiymət artımı deyil, xərclərin azaldılması, optimallaşdırılması və keyfiyyətin yüksəldilməsi və s. qiymətlə bərabər öz həllini tapmalıdır”.
Qeyd edək ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bir sıra daşıyıcı şirkətlər istifadələrində olan nəqliyyat vasitələrini satışa çıxarıb.
"Azland Plaza” MMC balansındakı 30-a yaxın müasir nəqliyyat vasitələrinin satışını elan edib.
Bahar Rüstəmli