Xəbər lenti

Nərgiz Absalamova da saxlanıldı
Ölkə14:08 30.11.2023

Nərgiz Absalamova da saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova saxlanılıb.
APA xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya Nərgiz Absalamovanın saxlanmasını təsdiqləyib və bildirilib ki, araşdırma aparılır.
Qeyd edək ki, noyabrın 21-də "Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.