Xəbər lenti

Nərgiz Paşayeva Oksford Universiteti ilə müqavilə imzaladı
Ölkə06:00 30.10.2013

Nərgiz Paşayeva Oksford Universiteti ilə müqavilə imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinin dəvəti ilə Oktyabrın 28-də Oksford şəhərinə gəlmişdir.

Professor Paşayeva Universitetin Şərqünaslıq fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi haqqında elmi məruzə ilə çıxış etmişdir.

Tədbirdə universitetin Şərqşünaslıq fakültəsinin rəhbəri professor Edmund Herziq habelə həmin fakültənin Ərəb dili və ədəbiyyatı üzrə professoru Culiya Brey, Fars dili və ədəbiyyatı üzrə doktoru Dominik Brukşo, klassik Ərəb ədəbiyyatı üzrə professor Geert Yan van Gelder, İslam tarixi üzrə professor Robert Hoyland, Şərqi xristianlıq bölməsinin professoru Teo van Lint və Türk dili və ədəbiyyatı üzrə doktoru Loran Minyon eləcə də Bodleyn kitabxanasında Şərqşünaslıq departamentinin rəhbəri doktor Gilyan Evison, Aşmolean muzeyinin İslam incəsənəti qalereyasının kuratoru doktor Françeska Leoni, Bodleyn kitabxanasının Yaxın Şərq və İslam əlyazmalarının kuratoru doktor Alastar Vatson iştirak etmişdirlər.

Bu tədbirdə həmçinin prof. N.Paşayevanın dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, şərqşunas-alim, BDU-nun ilahiyyət fakültəsinin dekanı V.Məmmədəliyev də iştirak etmişdir.

Prof. N.Paşayevanın çıxışı böyük maraqla qarşılanmış və geniş fikir mübadiləsinə səbəb olmuşdur. Çıxışdan sonra Prof. N.Paşayeva iştirak edən alimlərin suallarını cavablandırmışdır. Çıxışın sonunda Prof. N. Paşayeva demişdir

"Bizim iki qürur mənbəyimiz varsa onlardan biri Nizami Gəncəvidir."

Bu səfər zamanı Prof. N.Paşayeva mühüm bir sənəd imzalamış oldu. Bu "Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi" nin yaradılması ilə əlaqədar Oksford Universitetinin beynəlxalq inkişaf üzrə direktoru x-m Lieyzl Elder ilə Anlaşma Memorandomudur.

Mərkəz Azərbaycanın və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin öyrənilməsi üzrə Böyük Britaniyada Oksford universiteti nəznində Azərbaycanın təsis olunan ilk elmi-tədqiqat ocağı olacaqdır.

Qaynar.info