Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı, jurnalist Nərgiz Yaqublunun cənazəsi Bakıya bu gecə gətiriləcək. Musavat.com*un məlumatına görə, təyyarənin Bakıya saat 03.30-da enəcəyi gözlənilir.
Nərgiz Yaqublunun dəfn vaxtı da müəyyənləşib. O, aprelin 25-i saat 13.00-da Qaraçuxur məzarlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, bir neçə gün komada qalan Nərgiz Yaqublu aprelin 23-ü Rusiyada xəstəxanada vəfat edib.
Qaynar.info