
Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun qızı, "Yeni Müsavat" qəzetinin mərhum əməkdaşı Nərgiz Yaqublunun vaxtsız vəfatından qırx gün keçdi.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, hazırda mərhum jurnalist Nərgiz Yaqublunun qırx mərasimi keçirilir.
Mərasimdə ölkə müxalifətinin liderləri, mərhumun yaxınları və dostları iştirak edirlər.
Yas mərasimi "Nuray" şadlıq sarayınının yaxınlığında yerləşən mərasim evində keçirilir.
Qaynar.info






