Xəbər lenti

Nərimanov kinoteatrı yerlə bir oldu (FOTO)
Ölkə10:53 07.07.2013

Nərimanov kinoteatrı yerlə bir oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sovet dönəmində teatr həvəskarların sevə-sevə üz tutduğu Nərimanov kinoteatrı ( Nəriman Nərimanov adına kinoteatr) sökülərək yerlə yeksan edilib. 

Modern.az-ın məlumatına görə, bir neçə aydır ətrafı hasara alınan kinoteatrın söküntüsünə ötən gün axşam saatlarından başlanıb. Bakının mərkəzində yerləşməsinə baxmayaraq xarabalığa dönən kinoteatr bir neçə saatın ərzində sökülərək tarixin “qara siyahı”sına salınıb.

Nərimanov kinoteantrın sonrakı taleyi ilə bağlı suala söküntünü aparan şirkətin iş icraçısı cavab vermək istəməyib: “Bu haqda danışa bilmərəm, məlumatım yoxdur”.

Kinoteatrın söküləcəyi əvvəlcədən gözlənilsə də onun yerində nə tikiləcəyi isə hələ də qaranlıq olaraq qalır.

Mədəniyyət və Turizm Nazirliyi də məsuliyyəti öz üzərindən ataraq kinoteantrın nazirliyin balansından çıxdığını, kinoteatrın sonrakı taleyindən xəbərsiz olduqlarını açıqlayıb.

Nərimanov rayon İcra Hakimiyyətindən isə obyektin özəlləşdirildiyi bildirilib. Sakinlərin sözlərin görə, kinoteatrın yerində iaşə obyektinin tikilməsi planlaşdırılır.