Xəbər lenti

Nərimanov rayonunda həyət evində yanğın söndürüldü (FOTO/YENİLƏNİB)
Ölkə12:46 01.03.2020

Nərimanov rayonunda həyət evində yanğın söndürüldü (FOTO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə baş vermiş yanğın söndürülüb.
Qaynarinfo Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.
15.08
Bakı şəhəri, Nərimanov rayonunda həyət evlərində yanğın başlayıb.
APA-nın məlumatına görə, bu gün saat 14.20 radələrində  Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində həyət evlərinin birində başlayan yanğın qısa müddətdə qonşuluqdakı iki evə də keçib. Saat 14.30 radələrində hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib.
Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı açıqlama yayıb. Bildirilir ki, nazirliyin "112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.