Xəbər lenti

Nərimanov rayonunda su məhdudiyyətlərlə veriləcək
Ölkə08:47 02.07.2013

Nərimanov rayonunda su məhdudiyyətlərlə veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nərimanov rayonunun bir hissəsinə içməli su fasilələrlə veriləcək.

“Azərsu” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumatına görə, hazırda Nərimanov rayonu Xan Şuşinski küçəsində yeni çəkilmiş 280 mm diametrli su xəttinin Akademik Həsən Əliyev küçəsindən keçən 500 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılır.

Bununla əlaqədar iyulun 2-də gün ərzində Nərimanov rayonunun bir hissəsinə (H.Əliyev, S.Vurğun, X.Şuşinski, C.Məmmədquluzadə küçələri) içməli su məhdudiyyətlərlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Qaynar.info