Nərimanov rayonu Təbriz küçəsində Metroparkla üzbəüz yerləşən beşmərtəbəli bina söküləcək.
Qaynarinfo yenisabah.az-a istinadən xəbər verir ki, pilot layihə əsasında tikiləcək bina "Rahatlığın məkanı gold" MMC tərəfindən inşa ediləcək. Əvvəllər bu binada uşaq poliklinikası fəaliyyət göstərib. Söküntü işlərinə iyul ayından başlanılacaq.
Qeyd edək ki, Nərimanov rayonunda bundan başqa da bir neçə beşmərtəbəli bina sökülüb və yerində hündürmərtəbəli bina ucaldılıb.