Xəbər lenti

Nərimanovda yaşayış binasında yanğın baş verib
Ölkə06:56 20.05.2015

Nərimanovda yaşayış binasında yanğın baş verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin hamamında tavan 3 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info