Xəbər lenti

Nərmin Hüseyinli vəfat etdi
Ölkə12:42 10.03.2014

Nərmin Hüseyinli vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xərçəng xəstəliyindən əziyyət çəkən və hazırda Türkiyədə müalicə alan Nərmin Hüseyinli vəfat edib.

Bu barədə Qaynar.info mərhumun bacısı Mehin Hüseynovaya istinadən məlumat verir. 

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Nərmin Həsənli həkimlərin qoyduğu səhv diaqnoz nəticəsində həyatla ölüm arasında çarpışırdı. Bakıda müalicəsi mümkün olmayan Nərmin bir müddət bundan əvvəl gənclərin dəstəyi ilə Türkiyənin Memorial xəstəxanasında müalicə alırdı. Lakin iki gün bundan öncə beyninə qan sızması nəticəsində vəziyyəti ağırlaşmışdı. 

Məlumata görə bu gün günortadan sonra səhhəti daha da ağırlaşan Nərmin həkimlərin bütün səylərinə baxmayaraq, dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Qaynar.info