Xəbər lenti

Nərmin Quliyeva dəfn edildi (FOTOLAR)
Ölkə08:32 08.01.2020

Nərmin Quliyeva dəfn edildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn olunub.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, Milli Məclisin deputatı Qənirə Paşayeva və rayon rəhbərliyi iştirak ediblər.
Nərmin Quliyeva Tovuz rayonunun Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, ötən il noyabrın 21-də itkin düşən N.Quliyevanın meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi isə hələ məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.