Xəbər lenti

Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı
Ölkə 15:03 19.01.2026

Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı

Sumqayıt şəhərində fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi barədə cinayət işi başlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, reabilitasiya mərkəzi barədə araşdırma aparılıb.

Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Xatırladaq ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib.

--> -->