Xəbər lenti

Nəsimi rayon məktəblilərinin yay tətili günləri maraqlı və yaddaqalan keçir - FOTOLAR
Ölkə08:02 10.08.2016

Nəsimi rayon məktəblilərinin yay tətili günləri maraqlı və yaddaqalan keçir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məktəblilərin yay tətili günlərinin  mənalı, maraqlı və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam edir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Novxanı AQUAPARK əyləncə mərkəzində təşkil edilən tədbirə uşaqlar  onlar üçün xüsusi ayrılmış avtobusla gəlmişlər. Uşaqlar üçün təşkil olunan bu tədbirdə rayonun məktəblərində təhsil alan  150-dək məktəbli  iştirak etmişdir. İstirahətin səmərəli təşkili məqsədilə keçirilən tədbirdə uşaqlar müxtəlif maraqlı su attraksionlarında əylənib, oyunlarda iştirak edib, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar.     
İsti yay günündə əylənən uşaqlar Nəsimi rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət edib, əyləniblər. Tədbirdə uşaqlar birgə nahar ediblər.
Məktəblilər həmçinin Novxanıda yerləşən Flora Klubda da olmuş, bu bağda yetişdirilən çoxsaylı bitki və güllərlə yaxından tanış olmuşlar.
Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər  məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qaynarinfo.Az