Xəbər lenti

Nəşriyyatdan şəhid general Polad Həşimovla bağlı müraciət
Ölkə07:19 17.07.2020

Nəşriyyatdan şəhid general Polad Həşimovla bağlı müraciət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu yaxınlarda şəhid olan general Polad Həşimovun əziz xatirəsini kitab şəklində əbədiləşdirmək arzusundayıq. 
Bu sözləri Qaynarinfo-ya "Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy deyib.
Nəşriyyat direktoru bu işin gerçəkləşməsi üçün mərhum generalla bağlı xatirəsi olan hər kəsə müraciət edib:
"Bu cəsur vətən oğlunun təcrübəli hərbçi olması ilə bərabər, həm də yaxşı insan olduğunu çoxumuz bilirik. "Xatirə ədəbiyyatı” silsiləsində Polad Həşimov haqqında xatirələrdən ibarət bir kitab nəşr etmək istəyirik. Amma əlimizdə yetərincə yazı yoxdur. Odur ki, mərhum generalımızı şəxsən tanıyanlardan, dostlarından, qohumlarından və ailə üzvlərindən xatirə yazıları gözləyirik. Ümid edirik ki, tezliklə bu cəsur hərbçimiz haqqında maraqlı və sanballı yazılar toplanacaq və biz "General Polad Həşimov haqqında xatirələr” kitabını ictimaiyyətə təqdim edə biləcəyik”.
Qeyd edək ki, sözügüdən kitab üçün lazım olan yazıları [email protected] ünvanına göndərmək lazımdır.