Xəbər lenti

Netanyahu getdi
Ölkə19:25 13.12.2016

Netanyahu getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycana işgüzar səfəri dekabrın 13-də başa çatıb.

Qaynarinfo.Az Azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

Qaynarinfo.Az