Xəbər lenti

Netanyahu quru əməliyyatı planını imzalamadı, hərbçiləri qəzəbləndirdi - NYT
Dünya 15:12 27.10.2023

Netanyahu quru əməliyyatı planını imzalamadı, hərbçiləri qəzəbləndirdi - NYT

İsrailin hərbi rəhbərliyi Qəzza zolağında quru əməliyyatı planının işlənib hazırlanmasını başa çatdırıb, lakin baş nazir Benyamin Netanyahu onu imzalamaqdan imtina edərək, hərbi rəsmilərin narazılığına səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” mənbələrə istinadən məlumat yayıb

Nəşrin məlumatına görə, əməliyyatın başlanmasını təsdiq etməzdən əvvəl Netanyahu Müdafiə Nazirliyində strategiyanın yekdilliklə təsdiqinə nail olmaq niyyətindədir.
"The New York Times” İsrail rəsmiləri və zabitlərinə istinadən yazır ki, Qəzza zolağında əməliyyat planının hazırlanmasında ən mühüm məsələlərdən biri Fələstinin HƏMAS hərəkatının yaraqlıları tərəfindən əsir götürülərək anklav ərazisinə aparılan insanların taleyi olub. İsrail hakimiyyəti girovların azad edilməsi üçün danışıqlar aparan Qətərə daha çox vaxt verməyə çalışır.

Nəşrin məlumatına görə, bəzi hərbi rəsmilər danışıqların heç bir nəticə verməyəcəyindən ehtiyat etdikləri üçün əməliyyatın başlanmasını təxirə salmaq qərarından narazılıqlarını bildirirlər. Artıq Qətər və Misirin vasitəçiliyi ilə 4 girov azad edilib. Ümumilikdə, İsrailin məlumatına görə, Qəzza zolağında 224 girov var.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->