Xəbər lenti

Nəvə nənəsinin 2400 manatını oğurladı, məsuliyyətə cəlb olundu
Ölkə 14:26 18.06.2026

Nəvə nənəsinin 2400 manatını oğurladı, məsuliyyətə cəlb olundu

Füzuli rayonunun Zobucuq qəsəbəsində oğurluq hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, qəsəbə sakini olan yetkinlik yaşına çatmayan şəxs nənəsinə məxsus evdən 2400 manat pul oğurlayıb. Məlumata görə, o, babası və nənəsinin evdə olmadığını bildikdən sonra onların yaşadığı mənzilə gedib. Həyətə qanunsuz daxil olan yeniyetmə daha sonra evin mətbəx hissəsində yerləşən plastik pəncərəni açaraq içəri keçib.

Yataq otağında pul qabında saxlanılan, 100 manatlıq əskinaslardan ibarət ümumilikdə 2400 manatı götürərək hadisə yerindən uzaqlaşıb.

Cinayət işi üzrə aparılan araşdırmalar zamanı oğurluğu törədən şəxsin zərərçəkmişin nəvəsi olduğu müəyyən edilib. Təqsirləndirilən şəxs istintaq və məhkəmə zamanı özünü təqsirli bilib. O, ifadəsində maddi sıxıntılar səbəbindən bu əməli törətdiyini etiraf edib.

Füzuli Rayon Məhkəməsi müttəhimi Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə təqsirli bilərək ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Seyid
--> -->