Xəbər lenti

Nəvə nənəsinin dərsində səs salan şagirdi xəstəxanalıq etdi - YENİLƏNİB
Ölkə06:55 20.09.2016

Nəvə nənəsinin dərsində səs salan şagirdi xəstəxanalıq etdi - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaradağ rayonunun Ələt qəsəbəsində məktəbli uşaq döyülüb.
Qaynarinfo.Az "Report"a istinadən xəbər verir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, 16 yaşlı Muradov Mustafa Fazil oğlu kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 127 saylı məktəbin şagirdi Mustafa Muradovu müəlliminin oğlu döyüb. Hadisə Mustafanın müəllimin dərsində nadinclik etməsi üstündə baş verib.
Faktla bağlı araşdırma aparılır.
*  *  *
Bakıda orta məktəb şagirdləri arasında baş vermiş insidentin təfərrüatları məlum olub. Hadisənin baş verdiyi Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 127 saylı məktəbin direktoru Mərhəmət Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, dava 11-ci sinifdə oxuyan Mustafa Muradovla Azad İsmayılov arasında baş verib: 
“Azadın nənəsi Azərbaycan dili-Ədəbiyyat müəllimidir. Onun dərsində uşaqlar arasında narazılıq yaranıb. Sonra məktəbdən kənarda dalaşıblar. Sonra Mustafanın valideynləri Azadın üzr istəməsini gözləyib. Daha sonra da təcili yardıma müraciət ediblər”.
Məktəb direktoru əlavə edib ki, hər iki şagirdin valideynləri məktəbə dəvət edilib və məsələ artıq həll edilib.
Bakı şəhər Baş Təhsil İdarəsindən isə Lent.az-a bildirilib ki, hadisə araşdırılacaq.
Qaynarinfo.Az