Xəbər lenti

Nəzarətə götürdüyümz ərazilərdə mövqelərin dəqiqləşdirilməsi prosesi gedir - MN
Ölkə07:40 01.09.2022

Nəzarətə götürdüyümz ərazilərdə mövqelərin dəqiqləşdirilməsi prosesi gedir - MN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avqustun 26-da Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq, Azərbaycan Ordusunun bölmələri Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinə daxil olublar və bu ərazilər tam nəzarətimiz altına keçirilib".
Qaynarinfo-nun xəbərinə görə, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsi, yeni dislokasiya məntəqələrində bölmələrin yerləşməsi prosesi həyata keçirir:
"Azərbaycan Ordusunun mühəndis qoşunları tərəfindən mian axtarma işləri də davam etdirilir. Laçın rayonu ərazisində avqustun 15-dən bu günə qədər 1300-dən artıq piyada əleyhinə mina aşkar edilib".